2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 13,9 milyon dollar dəyərində fındıq ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon dollar 36,3% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında 10,2 milyon dollar dəyərində fındıq ixrac edilib.