Azərbaycanın qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin adı məlum olub.
FED.az bu barədə "İxrac İcmalı" jurnalının mart sayına istinadən xəbər verir.
2024-cü ilin yanvar-mart ayları ərzində Rusiya Federasiyasına 225,5 milyon ABŞ dolları, Türkiyəyə 150,3 milyon ABŞ dolları, Gürcüstana 59,9 milyon ABŞ dolları, Ukraynaya 24,2 milyon ABŞ dolları, Qırğızıstana isə 20,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (53 milyon ABŞ dolları) ikinci və Gürcüstan (16,9 milyon ABŞ dolları) üçüncü olub.
Bununla yanaşı İsveçrəyə 12,4 milyon dollarlıq, İspaniyaya isə 7 milyon dollarlıq məhsul ixrac edilib.