2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 22 milyon 850 min dollar dəyərində 3 796 ton fındıq ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 1 milyon 252 min dollar (5,2%), miqdar ifadəsi ilə 1 164 ton (23,5%) azalıb.
2023-ci ilin yanvar-fevral aylarında xaricə 24 milyon 102 min ABŞ dolları dəyərində 4 min 960 ton fındıq ixrac edilmişdi.
Beləliklə bir ton fındığın ixrac qiyməti bu ilin ilk iki ayı ərzində 6 020 dollar, ötən ilin müvafiq dövründə 4 859 dollar təşkil edib. Bu göstərici son bir ildə 1 160 dollar, başqa sözlə 23,9% artıb.
Bu da o deməkdir ki, 1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin yanvar-fevral aylarında 10,23 manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə bu göstərici 8,26 manat idi.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.48%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5,06%-ə bərabər olub.
2023-cü ilin yanvar-fevral aylarında ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,53%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,70%-ə bərabər olub.