2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 599.6 min ton dizel yanacağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dizel yanacağı istehsalı 43,3 min ton və ya 7,8% artıb.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 556,5 min ton təşkil edib.
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 163,3 min ton təşkil edib ki, bu da illik müqayisədə 58,1 min ton və ya 55,2% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 105,2 min ton olub.