Yanvar-avqust dövründə Azərbaycan 14 min tondan çox pomidor ixrac edib.
FED.az xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədən ümumilikdə 14 min 399 ton pomidor ixrac edilib, ixracın ümumi dəyəri isə 15 milyon 715 min dollar təşkil edib. 1 kiloqram pomidorun orta ixrac qiyməti 1,09 dollar və ya 1,85 manat olub.
Azərbaycan pomidorunun əsas ixrac bazarı kimi Rusiya Federasiyası qalmaqdadır. Bu ölkəyə 13 min 922 ton pomidor göndərilib və bu göstərici ümumi ixracın böyük hissəsini təşkil edir. Rusiya ilə yanaşı, Belarus (2 min 310 ton) və Gürcüstan (1 588 ton) da Azərbaycanın mühüm ixrac tərəfdaşları sırasında yer alır.
Ən az həcmdə pomidor ixracı Səudiyyə Ərəbistanına (2 ton) və Birləşmiş Ərəb Əmirliklərinə (17 ton) həyata keçirilib.
Qiymət baxımından fərqlər də diqqət çəkir. 1 kiloqram üçün ən yüksək orta ixrac qiyməti Səudiyyə Ərəbistanına (12,31 dollar / 20,93 manat) və Belarusa (2,19 dollar / 3,72 manat) göndərilən pomidorlarda müşahidə olunub.
Ən aşağı qiymət göstəriciləri isə Moldova (0,58 dollar / 0,99 manat) və Latviya (0,62 dollar / 1,05 manat) istiqamətində qeydə alınıb.
Ölkə |
Həcm (ton) |
Dəyər (ABŞ dolları) |
1 kq orta ixrac qiyməti ($) |
1 kq orta ixrac qiyməti (₼) |
Rusiya |
13 922 |
14 980 900 |
1,08 $ |
1,84 ₼ |
Belarus |
2 310 |
5 056 790 |
2,19 $ |
3,72 ₼ |
Gürcüstan |
1 588 |
1 071 040 |
0,67 $ |
1,14 ₼ |
Polşa |
642 |
955 930 |
1,49 $ |
2,53 ₼ |
Ukrayna |
167 |
187 400 |
1,12 $ |
1,90 ₼ |
Birləşmiş Ərəb Əmirlikləri |
17 |
12 960 |
0,76 $ |
1,29 ₼ |
Moldova |
18 |
10 500 |
0,58 $ |
0,99 ₼ |
Qazaxıstan |
17 |
13 460 |
0,79 $ |
1,34 ₼ |
Latviya |
18 |
11 080 |
0,62 $ |
1,05 ₼ |
Səudiyyə Ərəbistanı |
2 |
24 610 |
12,31 $ |
20,93 ₼ |
Cəmi |
14 399 |
15 715 300 |
1,09 $ |
1,85 ₼ |