2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ümumilikdə 1 635 ton pomidor idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu idxalın ümumi dəyəri 1 milyon 612 min dollar təşkil edib.
Hesabat dövründə 1 kiloqram pomidorun orta idxal qiyməti 0,99 ABŞ dolları, yəni təxminən 1,68 manat olub.
Məlumatlara əsasən, Azərbaycanın pomidor idxalında əsas tərəfdaş ölkələr Türkmənistan, Rusiya və İran İslam Respublikasıdır.
Belə ki, Türkmənistandan 636 ton, Rusiyadan 485 ton, İrandan isə 451 ton pomidor gətirilib. Bu üç ölkə ümumi idxalın böyük hissəsini təmin edib.
Ən az həcmdə pomidor idxalı isə Mərakeşdən (0,01 ton) və Niderlanddan (0,05 ton) həyata keçirilib.
Qiymət baxımından ölkələr arasında ciddi fərqlər müşahidə olunur.
1 kiloqram üçün ən yüksək orta idxal qiyməti Mərakeşdən (14,00 ABŞ dolları və ya 23,80 manat) və Niderlanddan (10,60 ABŞ dolları və ya 18,02 manat) gətirilən pomidorlarda qeydə alınıb.
Ən münasib qiymət göstəriciləri isə qonşu ölkələrdən idxalda müşahidə olunub.
Belə ki, İrandan idxal olunan pomidorların orta qiyməti 0,91 ABŞ dolları (1,55 manat), Rusiyadan gətirilən məhsulların qiyməti isə 0,95 ABŞ dolları (1,62 manat) təşkil edib.
Ölkə |
Həcm (ton) |
Dəyər (ABŞ dolları) |
1 kq orta idxal qiyməti ($) |
1 kq orta idxal qiyməti (₼) |
Türkmənistan |
636 |
673 660 |
1.06 $ |
1.80 ₼ |
Rusiya |
485 |
461 840 |
0.95 $ |
1.62 ₼ |
İran İslam Respublikası |
451 |
411 730 |
0.91 $ |
1.55 ₼ |
Türkiyə |
64 |
64 150 |
1.00 $ |
1.70 ₼ |
Niderland |
0.05 |
530 |
10.60 $ |
18.02 ₼ |
Mərakeş |
0.01 |
140 |
14.00 $ |
23.80 ₼ |
Cəmi |
1 635 |
1 612 050 |
0.99 $ |
1.68 ₼ |