“Unicapital İnvestisiya Şirkəti” ASC 2024-cü ili mənfəət artımı ilə başa vurub, lakin şirkətin gəlir və xərc maddələrində əhəmiyyətli dəyişikliklər qeydə alınıb.
FED.az xəbər verir ki, 2024-cü ildə şirkətin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış faiz gəliri 1 milyon 271 min manat təşkil edib.
Bu, ötən ilin 621 min manatlıq göstəricisi ilə müqayisədə 650 min manat (2 dəfədən çox) artım deməkdir.
Cari ildə xalis faiz mövqeyi zərərlə yekunlaşıb və 15 min manatlıq xərc yaranıb.
Şirkətin qeyri-faiz gəlirləri 3 milyon 200 min manat təşkil edib. Bu, ötən ilə nisbətən 610 min manat (23.5%) artım deməkdir.
Bu artım əsasən xalis haqq və komissiya gəlirlərinin (2 milyon 713 min manat) və qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəlirin (487 min manat) yüksəlməsi hesabına baş verib. Qiymətli kağızlardan əldə edilən gəlir ötən ilə nəzərən 2 dəfə artıb.
Qeyri-faiz xərcləri 2 milyon 721 min manat olub. İllik müqayisə ilə bu göstəricidə 307 min manat (12.7%) artım baş verib.
Bütün gəlir və xərclər nəzərə alındıqda, şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 464 min manat təşkil edib.
Bu, ötən ilin 295 min manatlıq göstəricisindən 169 min manat (57.0%) çoxdur.
Hesabat dövrünün yekununda şirkətin il üzrə xalis mənfəəti 346 min manat olub. Şirkət 2023-cü ili 224 min manat xalis mənfəətlə başa vurmuşdu. Bu da illik 122 min manat (54.7%) artım deməkdir.
Hesabat ilinin sonunda “Unicapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri 20 milyon 803 min manata bərabər olub.
Aktivlər 2023-cü il ilə müqayisədə 376 min manat (1.8%) böyüyüb.
Aktivlərin artımında əsas rolu investisiya qiymətli kağızları oynayıb və onların həcmi 13 milyon 942 min manata çatıb.
İnvestisiya qiymətli kağızları son bir il ərzində 4 milyon 257 min manat (44.0%) artıb.
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 604 min manat (2.3 dəfə) artaraq 1 milyon 66 min manata yüksəlib..
Hesabat dövrünün sonunda cəmi öhdəliklər 19 milyon 146 min manat olub.
Bu, 2023-cü ilin sonundakı 18 milyon 716 min manatlıq göstəriciyə nəzərən 430 min manat (2.3%) artıb.
Öhdəliklərin artması əsasən Repo müqavilələri əsasında borc alınmış vəsaitlərin həcminin kəskin artaraq 12 milyon 973 min manat təşkil etməsi ilə bağlıdır.
Ötən ilin 8 milyon 846 min manatlıq göstəricisi ilə müqayisədə bu maddə üzrə 4 milyon 127 min manat (46.7%) artım qeydə alınıb.
Şirkətin cəmi kapitalı 1 milyon 657 min manat təşkil edib.