Türkiyə səhm bazarı bu ilin son aylarında 2016-cı ildən bəri olan ən zəif performansını nümayiş etdirir. Hələ Aprel ayının əvvəllərində səhm bazarı 20 milyard dollara qədər dəyər itirmiş, Borsa İstanbul 100 İndeksi (BİST 100) isə 2016-cı ilin Noyabrından olan ən zəif performansını nümayiş etdirmişdi. Səhm bazarına olan inam ümumi ölkə iqtisadiyyatı göstəricilərinə sıx bağlı olduğu üçün biz ümumilikdə böyük şirkətlərin göstəricilərində müəyyən qədər geriləmə müşahidə edirik.
FED.az Azərbaycanda xarici bazarlar üzrə aktiv investisiya fəaliyyəti ilə məşğul olan «PSG Kapital» şirkətinə istinadən son vaxtlar Türkiyədə səhmlərinin qiyməti kəskin dəyişən 4 ən böyük şirkətini təqdim edir.
Turkcell – 27% ucuzlaşıb
Turkcell İletişim Hizmetləri Türkiyənin global mobil kommunikasiya sektorunda Türkiyə daxili və qonşu dövlətlərdə fəaliyyət göstərən ən böyük şirkətlərindən biridir. Şirkətin informasiya və əyləncə sektorunda fəaliyyət göstərən bəzi müəssisələri Azərbaycanda da fəaliyyətini davam etdirir. Turkcell ümumi səhm performasına baxdıqda biz səhmin qiymətinin bu ilin yanvar ayından bəri düşüş trendində olduğunu görə bilərik. İlin başlanğıcında 15 lirə civarında ticarət olunan səhmlər, hazırda 11 lira civarında ticarət olunurlar. Ümumi texniki analizlər baxımından Turkcell səhmlərinin azalma trendinin orta dövründə olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, hələ bir müddət səhm qiymətlərinin daha da azalmasını gözləmək olar. Qısa müddətli trendə baxdıqda isə biz səhm qiymətlərinin hələ 28%-ə qədər düşəcəyini və bu periodun sonunda 90% ehtimalla 10.08 vo 14.28 lira aralığında dəyişəcəyini gözləyirik. Beləliklə də, səhm analizi hələlik satış siqnalları verir. Azalmanın fundamental səbəbləri isə şirkətin yüksək səviyyəli idarəçilərinin şirkətdən ayrılmasından sonra başlanan borc problemidir. Belə ki, şirkətin borcun kapitala olan nisbət ölçüsü son dövrlərdə 1.07 çatmışdır.
Turkcellin son 5 illik göstəriciləri
Türkiyədə vəziyəti dəyişən - 4 BÖYÜK ŞİRKƏT
09:45
7 İyun 2018