Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
FED.az xəbər verir ki, bank uçot dərəcəsini 500 baza bəndi artıraraq 45%-dən 50%-ə yüksəldib.
Beləliklə, hazırda Türkiyədə faiz dərəcəsi 2000-ci illərin əvvəllərindən indiyədək ən yüksək həddə qalxıb. Qeyd edək ki, 2000-2001-ci illərdə kəskin iqtisadi böhran dövrlərində Türkiyədə uçot dərəcəsi 300% ətrafındı olmuşdu və yalnız 2003-cü ildə 50%-dən aşağı düşmüşdü.
Mərkəzi Bankın bu qərarı yerli ekspertlər üçsün gözlənilməz olub – belə ki, «Bloomberg HT» sorğusunda iştirak edən qurumların gözləntiləri faiz dərəcəsinin 45 faiz səviyyəsində sabit saxlanılması olmuşdu.
Bank, həmçinin əməliyyat çərçivəsini dəyişdirərək Mərkəzi Bankın bir həftəlik repo hərracı faiz dərəcəsi ilə müqayisədə -/+ 300 baza bəndi marja ilə müəyyən edilməsinə qərar verib.
Bank öz qərarını qiymət artımı ilə əlaqələndirib – burada bildirilir ki, xidmət sektoru da başda olmaqla, fevral ayında aylıq inflyasiya gözləniləndən yüksək olub.