Türkiyədə Qurban bayramı ilə əlaqədar birjalar bağlı olsa da dünya birjalarında dollar/TL məzənnəsi günə yüksəlişlə başlayıb.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, günün əvvəlində 1 dollar 6,07 TL olub. Bunun ardınca gün ərzində məzənnə 6,05 - 6,13 TL arasında dəyişib.
Bu saata olan məlumata görə, lirə yenidən dollar qarşısında 1,22% ucuzlaşaraq 6,12 məzənnəsinə çatıb.
Avro da 0,26% bahalaşaraq 7,03 TL-yə qalxıb.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Türk lirəsi geriləyir
00:12
24 Avq 2018