"Bitcoin"nin məzənnəsi son 1 gündə 0,16% ucuzlaşaraq 4 054 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 70,841 mlrd. dollara kimi geriliyib.
FED.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 53%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 138,247 mlrd. dollara kimi azalıb.
"Ethereum" son sutkada 0,72% dəyər itirməklə 152 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 15,845 milyard dollara düşüb.
“Ripple”ın məzənnəsi 2,49% bahalaşaraq 0,376 dollar olub. Altkoinin bazar dəyəri 15,322 milyard dollar həddində qərarlaşıb. İlk onluqda kəskin dəyər qazanan “TRON” olub. Altkoin son 1 saat ərzində 5,75%, bir həftədə isə 56,34% bahalaşıb.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 08.55-ə olan məlumatları aşağıdakı kimidir.