Rusiyanın milli valyutası - rublun məzənnəsi axşam saatlarında dollar qarşısında yenidən ucuzlaşmağa başlayıb.
FED.az Rusiya medasına istinadən xəbər verir ki, saat 20:17-də Moskva birjasında dolların məzənnəsi 15 qəpik qalxaraq 68,18 rubl təşkil edib.
Rublun ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir. Bunun qarşısını almaq məqsədilə bu gün Rusiya Mərkəzi Bankı sentyabrın sonuna qədər Maliyyə Nazirliyi üçün valyuta almamaq barədə qərar qəbul edib. Bundan sonra birjada rubl bir qədər mövqeyini möhkəmləndirib və 1 dollar 69 rubldan 67,73 rubla enib.
Ancaq axşama doğru məzənnə yenidən yüksəlib və 68 rublu ötüb.
Birjada avroda bahalaşaraq 78,66 rubla çatıb. Nağd alışda isə məzənnə daha yüksəkdir. Belə ki, burada dollar 69,17 rubl, avro isə 79,92 rubldur.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Rubl yenidən ucuzlaşdı - MƏZƏNNƏLƏR
21:40
23 Avq 2018