Azərbaycanda qızıl və gümüş bahalaşıb.
FED.az-ın məlumatına görə, noyabrın 23-də qızılın qiyməti noyabrın 22-i ilə müqayisədə 3,0345 manat artaraq 1 unsiya üçün 2088,2545 manat təşkil edib.
ELƏCƏ DƏ BAX: Lirə yeni məzənnəsi - BAHALAŞIR
Gümüş 0,0204 manat bahalaşaraq 1 unsiya üçün 24,6595 manata bərabər olub.
Platinin qiyməti 3,689 manat artaraq 1440,818 manat, palladiumun qiyməti isə 3,1025 manat artaraq 1963,16 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Qızıl-gümüş bazarında - QİYMƏTLƏR
21:21
23 Noy 2018