2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.
2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.
Qiymətli kağızlar bazarında 12,451 mln.manatlıq əməliyyat aparılıb
17:41
30 İyul 2018