Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50100672S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ELƏCƏ DƏ BAX: Bitcoin sürətlə bahalaşıb
FED.az-ın məlumatına görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 25 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 787, 634, 600, 00AZN olub.
Mərkəzi Bankın qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000, 00 AZN təşkil edib.
Notların ödəmə tarixi 26 dekabr 2018-ci ildir.
Qısamüddətli notlar üzrə hərrac keçirildi – NƏTİCƏ
20:58
28 Noy 2018