Bakı Fond Birjası ötən ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyat sayını həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.
Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 111 min 031 əməliyyat.
"Unicapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 9 min 301 olub.
"Paşa Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 6 min 966 ədəd təşkil edib.
4-cü yerdə 4 min 475 əməliyyat sayı ilə "İnvest.Az İnvestisiya Şirkəti" qərarlaşıb.
"CPM-İnvest İnvestisiya Şirkəti" 3 min 938 əməliyyat sayı ilə 5-ci olub.