Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,06 dollar və ya 6,71% azalaraq 42,53 dollar təşkil edib.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,35 dollar və ya 6,22% azalaraq 50,47 dollar təşkil edib. Sonuncu dəfə Brent neftinin bir barelinin qiyməti 51 dolardan aşağı ötən ilin avqustunda qeydə alınıb.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.