Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.
FED.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin qiyməti London birjasında 1,1% artaraq 80,18 dollara satılır.
Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla "nüvə sazişindən" çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.