Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
FED.az xəbər verir ki, bu gün axşam saatlarında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksələrək bir barelə görə 69,02 dollar səviyyəsində qərarlaşıb.
"WTI" markalı neftin qiyməti isə bir barelə görə 62.90 dollara qədər (14.8% artıb) artıb.
Qeyd edək ki, “Qara qızıl”ın qiymətində bahalaşma Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarından sonra baş verib.