Dünya birjalarında neft bahalaşıb. FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,23 dollar və ya 0,35% artaraq 65,30 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,19 dollar və ya 0,25% artaraq 75,27 dollar təşkil edib.