Məşhur jurnalist, "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "Kapital Bank" ASC-dəki payını satıb.
O, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat verib.
"4 il "Kapital Bank"ın səhmdarı oldum, maraqlarımı müdafiə edərək, istər-istəməz Bankın korporativ imicinin artmasında müəyyən rol oynadı. Mən səhmdar olandan sonra "Kapital Bank" bütün səhmdarları ümumi yığıncağına buraxdı, dividend verməyə başladı. Missiyamı başa vurub, payçılığa son verdim", - deyə jurnalist qeyd edib.
Eləcə də bax: Azərbaycanda yeni istiqraz buraxıldı – İLLİK 10,5%, ŞƏRTLƏR
Xatırladaq ki, H.Babalı "Kapital Bank"ın 100 ədəd səhminə malik olub. O, nominal dəyəri 12,39 manat, bazar dəyəri isə 30-40 manat olan bu qiymətli kağızları neçəyə və kimə satdığını açıqlamayıb. Jurnalist sadəcə alqı-satqının "Azfinance İnvestisiya Şirkəti" QSC-nin, o cümlədən şirkətin direktor müavini İntiqam Səfərəliyevi vasitəçiliyi ilə baş tutduğunu bildirib.
Eləcə də bax: Azərbaycanın maliyyə şirkəti pul cəlb etmək üçün - YOLLAR AXTARIR