"Apple"ın baş icraçı direktoru Tim Kuk şirkətin təqribən 120 milyon dollarlıq səhmini ala bilər.
FED.az xəbər verir ki, bu barədə Trend xarici mediaya istinadən məlumat yayıb. Bildirib ki, Kuk "Apple" korporasiyasının rəhbəri kimi payına düşən 280 min səhmi əldə edəcək.
Eyni zamanda o, şirkət səhmlərinin gəlirliliyi son üç il ərzində fond bazarında S&P 500 indeksinə daxil olan şirkətlərin analoji göstəricilərinin üçdə ikisini üstələyəcəyi təqdirdə, əlavə olaraq 280 min səhm də ala bilər. Qiymətli kağızların ümumi dəyəri 120 milyon dollar təşkil edə bilər.
Xatırladaq ki, hazırda Tim Kukun sərvəti 700 milyon dollara çatır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Məhşur şirkətin rəhbəri sərvətini artırır
20:53
23 Avq 2018