İyunun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105010695 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 96.4540 AZN (10.0000%) və 100.1817 AZN (7.9000%) olan 29 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.0978 AZN (8.5000%), orta ölçülmüş qiyməti 99.2710 AZN (8.4035%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 482 000,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 09 iyun 2020-ci il.
Hərrac iştirakçıları 13 iyun 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Maliyyə Nazirliyinin kağızarına 3 qat tələb olub
19:09
12 İyun 2018