Birja

KİVDF -  kotirovka sorğusu

KİVDF -  kotirovka sorğusu | FED.az
09:28 24 İyul 2018
FED.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) müəssisədə tətbiq olunan SERP proqram təminatının modullarına illik texniki dəstəyin satınalınması üçün kotirovka sorğusu elan edib.
 SERP proqramına aşağıdakı modullar daxildir:
– işçilərin əmək haqqının hesablanması modulu;
– mal-materialların uçotu modulu;
– əsas vəsasitlər modulu;
– pul vəsaitləri modulu;
– büdcənin planlaşdırılması və icrası modulu;
– xəzinədarlıq sənədləri.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 iyul 2018-ci il saat 18.00-dək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.

 

Digər xəbərlər