Bakı Fond Birjasında (BFB) Kapital Bankın səhmlərinin satışı dayandırılır. 
Bu barədə FED.az-a BFB-dən bildirilib. 
Birjadan xəbər verilib ki, Kapital Bankın Bakı Fond Birjasına (BFB) delistinq müraciətinə əsasən emitentin adi və imtiyazlı səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi qərarı alınmışdır.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcəkdir.
“Kapital Bank”ın səhmlərinin satışı dayandırılır - YENİ QƏRAR
                            
                            
                        
                            17:51
                            7 Yan 2019
                        
                        




                
                
                
                
                
                
                
                
                
                
                
                







