Dünyanın kriptovalyuta bazarında sürətli artım davam edir.
FED.az xəbər verir ki, ötən gün 8 min dollarlıq həddi yenidən keçən bitkoin artıq 9 min dollar yaxınlaşıb.
Son bir gündə bitkoinin məzənnəsi 9% artaraq 8725 dollara çatıb.
Bu son 10 ayda – 2018-ci ilin iyulundan indiyədək bitkoinin ən yüksək qiymətidir.
O vaxtdan indiyədək bitkoinin ən aşağı qiyməti 2018-ci il dekabrın 15-də qeydə alınıb – 3 195 dollar.
Amma mart ayından başlayaraq bitkoin yenidən bahalaşıb. İndiyədək bitkoinin qiyməti belə dəyişib:
Martın 16-da 4 min dolları keçdi (4033 dollar);
Aprelin 3-də 5 min dolları keçdi (5000,6 dollar);
Mayın 9-da 6 min dolları keçdi (6033 dollar);
Mayın 12-də 7 min dolları keçdi (7175 dollar);
Mayın 14-də 8 min dolları keçdi (8 146 dollar).
Mayın 27-də isə bitkoin 8 725 dollara çatıb.
İndi də bitkoini satmayanlar sevinir – 9 MİN DOLLARA YAXINLAŞIR
13:53
27 May 2019