Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nda dəyişiklik edib.
ELƏCƏ DƏ BAX: Dövlət istiqrazları üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
FED.az-ın məlumatına görə, qərara əsasən Nauru və ABŞ Virgin adaları siyahıdan çıxarılıb.
Bununla da qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların satı azalaraq 15-ə düşüb. Bu siyahıya Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu daxildir.
İki ölkəyə pul qoyan azərbaycanlılara "dəyməyəcəklər" – HÖKUMƏTDƏN QƏRAR

01:29
8 Dek 2018