Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan son günlər Türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşması və bunun ölkəyə təsiri barədə danışaraq, əhalini baş verənlərdən narazat olamağa çağırıb.
FED.az xəbər verir ki, türk prezidenti bunu Rizəyə səfəri zamanı əhali ilə görüşdə səsləndirib: «Ölkəmizə qarşı müxtəlif kampaniyalar davam edir. Bu kampaniyanı dinləməyin. Onların dollarları varsa, biz də xalqımız, hüquqlarımız və Allahımız var. Narahat olmayın. Çox çalışacağıq və 2023-ci ilə fərqli gələcəyik»-deyə Türkiyə prezidenti bildirib.
Dollar 6 lirəni keçdi! - YENİ REKORD - TƏCİLİ - YENİLƏNİR
Türkiyə lirəsi isə dollar qarşısında sürətlə dəyər itirməkdədir. FED.az xəbər verir ki, avqustun 10-u, Bakı vaxtilə saat 9-a olan məlumata görə, bir dollar artıq 5,68 lirəyə dəyişdirilir. Son bir ildə lirə 50%-dən də artıq dəyərdən düşüb.
Ərdoğan: «Onların dollar varsa, bizim də Allahımız və xalqımız var»
09:05
10 Avq 2018