Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,65 dollar və ya 1,12% artaraq 58,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,78 dollar və ya 1,15% artaraq 68,54 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.