Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,29 sent və ya 0,42 % artaraq 69,75 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13 sent və ya 0,18% artaraq 72,71 dollara yüksəlib.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:06
20 İyul 2018