Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,59% azalaraq 65,91 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,41 dollar və ya 0,55% azalaraq 74,10 dollar təşkil edib.
Eləcə də bax: Bitkoin sürətlə bahalaşır – 5600 DOLLARI KEÇDİ
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.