Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,22 dollar və ya 0,42% azalaraq 52,40 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,24 dollar və ya 0,39% azalaraq 60,90 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya birjalarında neft ucuzlaşıb - QİYMƏT
09:20
24 Yan 2019