Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,48 dollar və ya 0,93% azalaraq 51,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,59 dollar və ya 0,98% azalaraq 59,89 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.