Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,51 dollar və ya 2,44% azalaraq 60,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,60 dollar və ya 2,26% azalaraq 69,25 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.