Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,70 dollar və ya 5,3% artaraq 53,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,97 dollar və ya 4,99% artaraq 62,43 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.