FED.az-ın məlumatına görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
ELƏCƏ DƏ BAX: Bitcoinin qiyməti azalıb
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
| Dövlət istiqrazının növü | Diskontlu, qısamüddətli dövlət istiqrazları |
| Qiymətli kağızın ISIN kodu | AZ0104013682 |
| Emissiya həcmi | 40 000 000 AZN |
| Nominal dəyəri | 100 AZN |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Ödəmə tarixi | 17.12.2019 |
| Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.













