Azərbaycanın ən böyük banklarından olan «Kapital Bank» 35 milyon dollarlıq istiqraz buraxır.
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, açıqlanan emissiya prospektinə əsasən, bank hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 350 min ədəd olan istiqraz emissiya edəcək.
«Kapital Bank»ın dollar istiqrazları üzrə illik faiz dərəcəsi 7%, istiqrazların tədəvül müddəti isə 7 ildir.
İstiqrazların faiz gəlirləri 90 gündən bir, yəni 3 ayda bir dəfə ödəniləcək.
İstiqrazların 7 illik müddətə buraxıldığı qeyd edilsə də, emissiya prospektində bildirilir ki, 2 ildən sonra istiqrazlar geri çağrıla bilər.
Xatırladaq ki, «Kapital Bank»ın təklif etdiyi 7 faizlik gəlir – Azərbaycanda son illər dollar istiqrazları üzrə üzrə təklif olunan ən böyük gəlirlilikdir.
Belə ki, bir qədər əvvəl buraxılan Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft şirkətinin istiqrazları üzrə gəlirlilik 4,5-6% arasında olmuşdu.
Yeni istiqrazların gəlirliyi dollarla bank əmanətlərindən isə dəfələrlə artıqdır. Belə ki, hazırda banklar dollar əmanətini maksimum 3-3,5%-lə qəbul edirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.