FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir.
«Azərbaycan Beynəlxalq Bankı» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Paşa Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Unibank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank Respublika» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Xalq Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Rabitəbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank of Baku» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Yelo Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Azər Türk Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Turanbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Expressbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Yapı Kredi Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Ziraat Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Premium Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Azərbaycan Sənaye Bankı» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank VTB Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank BTB» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Naxçıvanbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank Avrasiya» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Bank Melli İran» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2023)
2023-cü ilin sonuna olan nəticələrə görə, “Kapital Bank”ın, ümumi gəlirləri 1 milyard 180 milyon 812 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.
Ümumi gəlirlərin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.
Belə ki, “Kapital Bank”ın gəlirlərinin böyük hissəsi – 537 milyon 90 min manatı və ya bütün gəlirlərin 46%-i kredit portfelinin gəlirlərindən formalaşıb. “Kapital Bank” ölkədə kredit portfeli ən böyük olan banklardandır və portfelin böyük hissəsi istehlak kreditlərinin payına düşür, ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür.
Komissiya haqlarında isə “Kapital Bank”ın gəlirləri 421 milyon 768 min manat təşkil edib ki, bu da bütün gəlirlərin 35%-i deməkdir.
Bankın valyuta əməliyyatlarından gəlirləri isə 50 milyon 909 min manat təşkil edib. Bu ümumi gəlirlərin 4%-i deməkdir.
“Kapital Bank” qiymətli kağızlardan da kifayət qədər gəlir götürüb. Bankın fond bazarındakı yatırımlarından gəlirləri 113 milyon 36 min manat təşkil edib. Ümumi gəlirlərin 9%-i bu sahədən yaranıb.
“Kapital Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 42 milyon manatdan artıq gəlirlər əldə edib. Daha 15 milyon 118 min manat isə “Kapital Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.
Ümumiyyətlə, “Kapital Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 60%, qeyri-faiz gəlirləri 40% təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
537 090 |
46% |
QK-a investisiyadan gəlir |
113 036 |
9% |
Digər banklara depozitlərdən gəlirlər |
35 117 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
7 774 |
1% |
Komissiya haqları |
421 768 |
35% |
Valyuta əməliyyatlarından gəlirlər |
50 909 |
4% |
Digər faiz gəlirləri |
10 643 |
1% |
Digər qeyri-faiz gəlirləri |
4 475 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
1 180 812 |
100% |