"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin fiziki şəxs səhmdarlarının sayı 2018-ci ilin birinci yarısında 5 şəxs azalıb.
FED.az xəbər verir ki, ötən ilin sonunda səhmdarlar arasında fiziki şəxslər 1745 nəfər ikən, 30 İyun 2018-ci il tarixində 1740 nəfər təşkil edib.
Hüquqi şəxs (şirkət) səhmdarların sayı isə 1 şəxs artaraq 12-dən 13-ə yüksəlib.
Maliyyə Nazirliyi xaric bütün səhmdarların bankdakı payı 5%-dən azdır.
Son məlumata görə,Beynəlxalq Bankın nizamnamə kapitalının 91.40 %-i və ya 1 milyard 134 milyon 482 min 429 manatı Maliyyə Nazirliyə məxsusdur. Ötən ilin sonunda bu nisbət 76.73% və ya 952 milyon 473 min 965 manat idi.
Ötən ilin sonunda "Aqrarkredit QSC BOKT-ın Beynəlxalq Bankın nizamanmə kapitalında 14.65% və ya 181 milyon 909 milyon 167 min manat payı var idi.