“Continental Construction and İndustrial Co” ASC səhmdarlarının nəzərinə!
“Continental Construction and İndustrial Co” ASC-nin 95%-dən artıq səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1 maddəsinin 6-ci bəndinin tələbinə uyğun 25 may 2019-cu il saat 15.00-da , “Continental Construction and İndustrial Co” ASC səhmdarlarının Bakı şəhəri, Binəqədi rayonu, H.Z.Tağıyev küçəsi 25 nömrəli ünvanda növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Azərbaycan Respublikasının iqtisadi-inkişaf strategiyasına uyğun olaraq səhmdar cəmiyyətin indiki mərhələdə qarşısında duran istehsal perspektivləri.
3. 1-ci maddədə göstəriləcək və müzakirə olunacaq məsələlərin həlli üçün qoyulacaq investisiyaların ümumi həcminin müəyyən edilməsi.
4. Səhmdar cəmiyyətin qoyulmuş investisiyalara uyğun olaraq yeni nizamnamə kapitalının müəyyənləşdirilməsi və təsdiqi. Yeni səhmlərin yerləşdirilməsi.
5. Minoritar səhmdarların səhmlərinin səhmdar cəmiyyət tərəfindən geri alınması təklifinin müzakirəsi.
6. Səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevirilməsi məsələsinin müzakirəsi.
7. Cari məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 245 04 54 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Daha 1 şirkət səhmlərini yığıb MMC – yə çevrilməyə hazırlaşır
09:13
10 Aprel 2019