Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,28 dollar və ya 0,54% azalaraq 51,21 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,43 dollar və ya 0,72% azalaraq 59,63 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.