Əmlak Məsələləri Dövlət Komitəsi “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-in səhmlərinin 99,29%-ni satışı üzrə investisiya müsabiqəsi elan edib. Müsabiqədə yerli hüquqi və fiziki şəxləri ilə yanaşı, xarici investirlar da iştirak edə bilər.
FED.az xəbər verir ki, buraxılmış səhmlərin miqdarı 5 mln 50 min ədəd olub. Səhmlər sənədsizadlı olmaqla, hər bir səhmin nominal dəyəri 2 manat təşkil edir.
Eləcə də bax: Bitcoinin qiyməti 3300 dollardan aşağı düşdü
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 5 mln 14 min 280 ədəd olub. Satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 10 mln 28 min 560 manatdır.
Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 10 mln 100 min manatdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Böyük neft-mədən şirkəti səhmlərini satışa çıxarıb
11:53
15 Dek 2018