Son 3 ayda dünya birjalarında bitkoinin qiyməti 20 faiz ucuzlaşıb.
FED.az-ın məlumatına görə, iyulun 24-də bitkoinin qiyməti 8 min 171,33 dollar olub.
Sentyabrın 6-da satış qiyməti 6 min 412,47 dollar olan bitkoinin qiyməti ötən dövr ərzində stabilləşib. Hazırda bitkoinin dünya birjalarında qiyməti 6 min 487,55 dollardır.