Dünyanın kriptovalyta bazarında qiymətlər əvvəlki sürətlə olmasa da, enməkdədir. FED.az xəbər verir ki, bitkoinin qiyməti təqribən 1% ucuzlaşaraq bir gün ərzində 6545 dollardan 6466 dollara enib.
Bitkoinlə yanaşı, digər əsas kriptovalyutalardan «Ethereum» 1,35% ucuzlaşaraq 495 dollara, «Ripple» isə 3,73% ucuzlaşaraq 51,3 sentə enib.
Ümumilikdə son 1 gün ərzində dünyadakı 100 əsas kriptovalyvtaların 15-i bahalaşıb, 85-i ucuzlaşıb.
Bununla yanaşı, « Docademic »adlanan kriptovalyuta sürətlə dəyər qazanmaqdadır. Bir sutkada onun qiyməti 46% artaraq 30 sentdən 43 sentə yüksəlib. Son bir həftədə isə «Docademic»in qiymətində 2,6 dəfəlik artım baş verib.
Bununla yanaşı, qeyd edək ki, «Docademic»in bazara dövriyyəsi elə də böyük deyil və ümumilikdə 122,5 milyon dollar təşkil edir. Bu göstəriciyə görə, «Docademic» ilk 100 kriptovalyata arasında 83-cü yeri tutur. Müqayisə üçün bildirək ki, bitkoinlərin ümumi bazar dəyəri 110 milyard dollardan artıqdır.
Bitkoinə yeni rəqib gəlir? – SÜRƏTLİ BAHALAŞMA
16:23
18 İyun 2018