Bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "MFX Trading İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 802,2 dəfə və ya 544,8 milyon manat artıb.
"ABB İnvest İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 4,9 dəfə və ya 47 milyard manat yüksəlib.
Bu dövrdə "Assists Finance İnvestisiya Şirkəti"ndə artım isə 2 dəfə, başqa sözlə 3,1 milyard manata yaxın olub.
"İnvest.az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 93%, başqa sözlə 545,7 milyon manat artım qeydə alınıb.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 25% və ya 1,1 milyard manat olmaqla "CPM İnvest İnvestisiya Şirkəti" olub.