“Bakı Fond Birjası”nda aprelin 4-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.
FED.az-ın məlumatına əsasən, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 14 minlik (3 780 manatlıq) səhm paketi satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.
Qeyd edək ki, bu 2019-cu ildə bankın səhmlərinin alqı-satqısı üzrə artıq ikinci əqddir. Belə ki, ötən ayın ortalarında təkrar bazarda Beynəlxalq Bankın 50 minlik (13 500 manatlıq) səhm paketi satıldı.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə,0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur (@finans).