Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, sentyabrın 10-da keçirilən hərracda tələb 672,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Xatırladaq ki, AMB hərracda 350 milyon manat vəsait cəlb etməyi hədəfləyirdi. Göründyü kimi, depozitə tələb təklifdən 1,92 dəfə artıq olub.
Xatırladaq ki, bundan əvvəlki hərraclarda banklaın depozitlərə marağın bir qədər azalmışdı.
Belə ki, sentyabrın 3-də keçirilən hərracda təklif edilən 350 milyon manat depozit qarşısında bankların tələbi 542 milyon manat, depozitlər üzoə orta faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Başqa sözlə, depozitlərə tələb təklifdən 1,55 dəfə artıq olmuşdu.
Avqustun 27-də keçirilən hərracda təklif edilən 350 milyon manat depozit qarşısında bankların tələbi 503,4 milyon manat, depozitlər üzoə orta faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Başqa sözlə, depozitlərə tələb təklifdən 1,44 dəfə artıq olmuşdu.
Avqustun 20-də keçirilən hərracda təklif edilən 350 milyon manat depozit qarşısında bankların tələbi 569,3 milyon manat, depozitlər üzoə orta faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Başqa sözlə, depozitlərə tələb təklifdən 1,63 dəfə artıq olmuşdu.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.