FED.az xəbər verir ki, “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi 15 tonluq vətərli yük qaldırıcının əsaslı təmirinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsinin təchizat şöbəsinə (əlaqələndirici şəxs: mühəndis Ədalət Mustafayevə mobil: +994502471839) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 26 iyul 2018-ci il saat 15.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin “Sutikinti” Müəssisənin – Bakı, Mir Cəlal küçəsi 34 A nömrəli ünvanda 27 iyul 2018-ci il saat 15.00-da açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Azərsuda təmir işləri – katirovka sorğusu
09:36
24 İyul 2018