Ölkəmizdə xarici birjalarda ticarətə marağı olan investorlar da az deyil.
Bəs azərbaycanlı səhmdarlar ən çox hansı xarici şirkətlərin səhmlərini alırlar? FED.az xəbər verir ki, "AzFİnance" İnvestisiya şirkətindən verilən məlumata əsasən investorlar əsasən texnoloji sektora aid olan şirkətlərin səhmlərinə, birjada ticarət olunan fondlar (ETF) və daşınmaz əmlak üzrə investisiya trastlarına (REIT), qızıl istehsalçıların səhmlərinə daha çox maraq göstərirlər.
Eləcə də bax: Azərbaycan bankı gələn il üçün - PLANLARINI AÇIQLADI
Həmçinin, o da bildirildi ki, son zamanlar neft fyuçersləri üzrə əməliyyatlar artıb.
Konservativ investorlar üstünlüyü S&P indeksinə daxil olan və kapitallaşma səviyyəsi yüksək olan şirkətlərə verirlər.
Məlumata görə, son zamanlar Avropa birjalarında və xüsusən də London fond birjasında ticarət edən müştərilərin sayı çoxalıb (fins.az).
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Azərbaycanlı investorlar ən çox bu xarici şirkətlərin səhmlərini alırlar
09:01
13 Dek 2018