Azərbaycanın qida sektorunda tanınmış şirkəti olan «Səba» ASC-nin səhmləri satışa çıxarılıb.
FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə şirkətin səhmləri 27 avqust 2018-ci il tarixindən etibarən BFB-nin Alternativ Bazar seqmentində listinqə daxil edilib. Satışa şirkətin 2 395 296 adi səhmi buraxılıb. Hər səhmin qiymət 2 manatdır.
BFB-dən bildirilir ki, ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu məqalədə səslənən, eləcə də, istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.